Hindistanda 70 756 nəfər “COVID-19”a yoluxub

Hindistanda 70 756 nəfər “COVID-19”a yoluxub
  12 May 2020    Oxunub:2659
Hindistanda son 24 saat ərzində 3600 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 70 min 756 nəfərə çatıb. İndiyədək 22 min 454 xəstə sağalıb. Pandemiya qurbanlarının sayı 87 nəfər artaraq 2293-ə yüksəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  





Xəbər lenti