Gürcüstanda koronavirusa yoluxanların sayı 639 oldu

Gürcüstanda koronavirusa yoluxanların sayı 639 oldu
  12 May 2020    Oxunub:2190
Gürcüstanda son sutkada koronavirusa bir yoluxma halı qeydə alınıb, bununla da ümumi aşkar edilmiş yoluxma sayı 639-ə çatıb.
Azvision.az xəbər verir ki, ölüm sayı dəyişməz olaraq qalır - pandemiya başlayandan bəri 11 xəstə vəfat edib.

Hazırda 4769 nəfər karantində, 414 nəfər isə stasionar şəraitdə müalicə olunur

Gürcüstanda ilk koronavirus infeksiyası fevralın 26-da qeydə alınıb. Mart ayının sonunda ölkə hakimiyyəti infeksiyanın yayılması təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edib. Xüsusi rejim mayın 22-dək uzadılıb.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti