Koçaryan əməliyyat olundu

Koçaryan əməliyyat olundu
  12 May 2020    Oxunub:2267
Ermənistanın sabiq prezidenti Robert Koçaryan bu gün səhər saatlarında əməliyyat olunub.
Azvision.az xəbər verir ki, bu barədə eks-prezidentin ofisi məlumat yayıb.

Koçaryanın əməliyyatı İrəvandakı İzmirlyan tibb mərkəzində aparılıb. Onun səhhətinin qənaətbəxş olduğu deyilir.

Xatırladaq ki, Koçaryan 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılmasında, konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Ermənistanın keçmiş prezidenti 2018-ci ildə iki dəfə, 25 iyun 2019-cu ildə isə üçüncü dəfə həbs edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koçaryan  





Xəbər lenti