İran ABŞ-dan girovların qaytarılmasını tələb edir

 İran ABŞ-dan girovların qaytarılmasını tələb edir
  12 May 2020    Oxunub:4870
İranın Xarici İşlər Nazirliyi ölkələrarası məhbus mübadiləsi sualına təhqirlə reaksiya verən yüksək vəzifəli ABŞ rəsmisindən cəfəngiyat danışmamağı tələb edib.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Müsəvi "Twitter" hesabında yazıb. O, ABŞ-ı İran vətəndaşlarını sərbəst buraxmağa çağırıb.

"Cəfəngiyat danışmayın. 2018-ci ilin sentyabr ayından bəri İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif məhbusların hərtərəfli mübadiləsi ilə bağlı ABŞ-ı İran girovlarına qarşı məsuliyyətli davranmağa çağırıb".

Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin nəzdində fəaliyyət göstərən Vətəndaşlıq və Miqrasiya Məsələləri üzrə Xidmətin direktoru Ken Kuçinelli İranın girovları dəyişdirmə təklifinə təhqirlə cavab verib. O, Tehranı vətəndaşlarını qəbul etmək istəməməkdə günahlandırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti