Lukaşenko məmur və həkimlərə qəzəbləndi: “Başları ilə cavab verəcəklər”

 Lukaşenko məmur və həkimlərə qəzəbləndi:  “Başları ilə cavab verəcəklər”
  12 May 2020    Oxunub:5022
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin məmur və həkimlərinə xəbərdarlıq edib.
Azvision.az "Sputnik Belarus"a istinadən xəbər verir ki, Lukaşenko bununla bağlı hökumət üzvləri və prezident administrasiyasının rəhbərliyinin iştirakı ilə keçirilən iclasda danışıb.

O bildirib ki, koronavirusun yayılması kontekstində insanların ölümünə görə məmurlar və həkimlər başları ilə cavab verəcəklər. Buna görə onlar insanların həyatını xilas etmək üçün lazım olan hər şeyi etməlidirlər.

"İnsanları müalicə edəcəyik, bundan sonra nə olacağını görəcəyik. Ancaq qətiyyətlə xəbərdarlıq etmək istəyirəm ki, əhalinin ölümünə görə hamı məsuliyyət daşıyır".

Lukaşenko məsələni diqqətdə saxlayacağını qeyd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   Lukaşenko  





Xəbər lenti