İspaniyada koronavirusdan ölənlərin sayı 27 minə çatır

İspaniyada koronavirusdan ölənlərin sayı 27 minə çatır
  12 May 2020    Oxunub:4127
İspaniyada son sutka ərzində koronavirusa 426 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 228 min 38 nəfərə çatıb. İndiyədək 138 min 980 xəstə sağalıb. Koronavirus qurbanlarının sayı isə 176 nəfər artaraq 26 min 920 olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  





Xəbər lenti