Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır
  12 May 2020    Oxunub:3575
Ermənistanda koronavirus pandemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejimi uzadıla bilər.
Azvision.az xəbər verir ki, bunu Ermənistan Baş nazir müavininin mətbuat katibi Vahan Hunanyan deyib.

"Fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi müzakirəyə çıxarılıb. Çox güman ki, daha bir ay uzadılacaq",- deyə Hunanyan bildirib.

Onun sözlərinə görə, yaxın iki gün ərzində yekun qərar veriləcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Fövqəladərejim  





Xəbər lenti