Ermənistanda etiraz aksiyası keçirildi

  12 May 2020    Oxunub : 2811
 Ermənistanda etiraz aksiyası keçirildi
Ermənistan Mərkəzi Bankının qarşısında bir qrup vətəndaş kredit təşkilatlarının fəaliyyətinə qarşı etiraz aksiyası keçirib.
Azvision.az "Armenpress"ə istinadən xəbər verir ki, etirazçılar Mərkəzi Bankın nümayəndələri ilə görüş tələb ediblər.

Polis onlardan bir nəfərin Mərkəzi Bankın nümayəndəsi ilə görüşməsini təklif etsə də, nümayişçilər bundan imtina ediblər. Daha sonra Mərkəzi Bankın nümayəndəsinin çölə çıxmasını və onlara cavab verməsini istəyiblər.

Polis icazəsiz aksiyanın dayandırılmasına və sosial məsafənin qorunmasına çağırış edib.

Ermənistan Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Edqar Canoyan bildirib ki, polis əməkdaşlarının qanuni tələbinə əməl etməyən iki vətəndaş şöbəyə aparılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Aksiya   Ermənistan