İtaliyada koronavirusa yoluxma sayı 220 mini ötüb

İtaliyada koronavirusa yoluxma sayı 220 mini ötüb
  13 May 2020    Oxunub:4526
İtaliyada son sutka ərzində 172 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb. Bildirilib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 30 min 911 nəfərə çatıb.

Son 24 saatda 1402 yeni yoluxma qeydə alınıb. Ümumi yoluxma sayı 221 min 216 nəfərdir. İndiyədək 109 min 39 xəstə sağalıb.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti