Özbəkistanda koronavirusa yoluxanların sayı artıb

Özbəkistanda koronavirusa yoluxanların sayı artıb
  13 May 2020    Oxunub:2209
Özbəkistanda son sutkada koronavirusa daha 21 yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu günə olan son məlumata görə, ümumi yoluxma sayı 2568-ə çatıb. İndiyədək on xəstə ölüb, 2010 nəfər sağalıb.

Qeyd edək ki, Özbəkistanda ilk yoluxma halı martın 15-də Fransadan qayıdan bir qadında aşkarlanıb. Ölkədə aprelin 1-dən tətbiq edilən izolyasiya tədbirləri aprelin 30-dan etibarən tədricən yumşaldılmağa başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Koronavirus  





Xəbər lenti