Jirinovski deputatların sayını azaltmağı təklif edir

Jirinovski deputatların sayını azaltmağı təklif edir
  13 May 2020    Oxunub:2480
Rusiyanın Liberal Demokrat partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski deputatların sayının iki dəfə azaldılmasını təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.

"Biz bununla pula qənaət edəcəyik və yerli parlamentlərdə sosial məsafəni təmin edəcəyik",- deyə Jirinovski vurğulayıb.

Onun sözlərinə görə, bu yanaşma ilə hər 2-3 ildən bir qanunverici orqana seçkilər keçirmək mümkün olacaq.

Xatırladaq ki, partiya lideri 2020-ci ilin aprelində videokonfrans formatında Baş Nazir Mixail Mişustinlə görüşdə oxşar təklifi irəli sürüb. O bildirib ki, məmurların və deputatların sayı azaldılması ilə ölkə yalnız qazana bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Jirinovski   Deputat  





Xəbər lenti