Gürcüstanda koronavirusa yoluxanların sayı 647-yə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 647-yə çatdı
  13 May 2020    Oxunub:2136
Gürcüstanda son sutkada 8 nəfər koronavirusa yoluxub, ümumi aşkar edilmiş yoluxma hallarının sayı 647-yə çatıb.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, koronavirusla əlaqədar 4373 nəfər karantinə alınıb, 386 nəfər isə stasionar şəraitdə müalicə olunur. İndiyə kimi 372 xəstə sağalıb, 11 nəfər isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti