Ukraynada 3208 tibb işçisi koronavirusa yoluxdu

Ukraynada 3208 tibb işçisi koronavirusa yoluxdu
  13 May 2020    Oxunub:2207
Ukraynada daha 94 tibb işçisi koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib. Onun sözlərinə görə, ümumilikdə 3208 tibb işçisində koronavirus aşkarlanıb.

"Ötən gün 402 yeni yoluxma qeydə alınıb. Bunlardan 25-i uşaq, 94-ü tibb işçisidir. Ümumilikdə, pandemiya zamanı 3208 tibb işçisi virusa yoluxub”, - deyə Stepanov əlavə edib.

Qeyd edək ki, Ukraynada aşkar edilmiş koronavirus infeksiyalarının ümumi sayı 16 425, ölənlərin sayı isə 439 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti