Rusiyada koronavirusa yoluxma sayı 242 mini keçdi

Rusiyada koronavirusa yoluxma sayı 242 mini keçdi
  13 May 2020    Oxunub:3564
Rusiyada son sutka ərzində 10 028 nəfər koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma hallarının sayı 242 271-ə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, son 24 saatda 4491 nəfər xəstəlikdən sağalıb, ümumilikdə müalicəsini başa vurmuş xəstələrin sayı 48 003 nəfər təşkil edir.

96 nəfəri son sutkada olmaqla indiyə kimi virusa yoluxmadan 2212 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti