Ermənistanda ictimai fəal həbs edildi

 Ermənistanda ictimai fəal həbs edildi
  13 May 2020    Oxunub:3572
Ermənistanda ictimai fəal Artur Aleksanyan saxlanılıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, “Erməni dəyərlərinin qorunması” ictimai təşəbbüsünün digər üzvləri ilə birlikdə uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunması haqqında Avropa Şurası Konvensiyasının (Lanzarost Konvensiyası) qəbul edilməsinə qarşı aksiya keçirib.
Aksiya zamanı Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından olan deputat Nikolay Baqdasaryanı görən aktivist ondan konvensiyanın əleyhinə səs verməsini istəyib.

Parlamentin iclasından sonra isə o, Baqdasaryandan niyə konvensiyanın lehinə səs verməsini soruşub, onlar arasında mübahisə düşüb.

İctimai fəal barəsində Ermənistan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti