Qarabağda daha 6 erməni koronavirusa yoluxdu

  13 May 2020    Oxunub : 2788
Qarabağda daha 6 erməni koronavirusa yoluxdu
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində 6 yeni koronavirusa yoluxma faktı aşkar edilib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, koronavirusla bağlı aparılan son 31 testin 25-nin nəticəsi mənfi, 6-sı isə müsbət olub. Virusa yoluxan altı nəfərdən dördü bir ailənin üzvüdür.

İki digər şəxs isə bir neçə gün əvvəl Azərbaycanın Kəlbəcər rayonunda koronavirus aşkarlanan insanlarla təmasda olublar.

Qeyd edək ki, Qarabağda indiyədək 20 nəfər koronavirusa yoluxub. Qeyri-rəsmi məlumatlarda isə yoluxma sayının daha çox olduğu bildirilir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Koronavirus