Parlamentdə döyülən erməni deputat sorğu-sual ediləcək

Parlamentdə döyülən erməni deputat sorğu-sual ediləcək
  13 May 2020    Oxunub:3207
Parlaq Ermənistan partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan Xüsusi İstintaq Xidmətinə çağrılıb.
Azvision.az xəbər verir ki, bu barədə Marukyan özünün “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, mayın 8-də parlamentdə baş vermiş dava ilə bağlı ona məktub gəlib.

Xatırladaq ki, mayın 8-də parlamentin iclası zamanı "Mənim addımım" hakimiyyət fraksiyasının nümayəndəsi Sasun Mikayelyan ilə Marukyan arasında dava olub, daha sonra digər deputatlar da müdaxilə ediblər.

Hadisə ilə bağlı Baş prokurorluq Xüsusi İstintaq Xidmətinə müvafiq materiallar göndərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Deputat  





Xəbər lenti