Qarabağda erməni əsgərin ölümünə görə iki hərbçi tutuldu

Qarabağda erməni əsgərin ölümünə görə iki hərbçi tutuldu
  13 May 2020    Oxunub:4041
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər Suren Markaryanın ölümü ilə əlaqədar iki hərbçi tutulub.
Azvision.az erməni KİV-lərinə istinadən verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, saxlanılan hərbçilər leytenant H.H və kiçik serjant Q.S-dir.

Hadisə mayın 10-da axşam saatlarında Qarabağda yerləşən hərbi hissələrdən birinin mühafizə postunda baş verib. 2001-ci il təvəllüdlü Markaryan güllə yarasından ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, istinataq davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti