Braziliyada daha 749 nəfər COVID-19-dan öldü

Braziliyada daha 749 nəfər COVID-19-dan öldü
  14 May 2020    Oxunub:3328
Braziliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxan 749 nəfər dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, koronavirusun yaratdığı xəstəlikdən ölənlərin ümumi sayı 13,1 min nəfəri ötüb.

İndiyədək 188 min 974 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Müalicə alan 78,4 min xəstə sağalıb.

Azvision.az


Teqlər: Braziliya   koronavirus  





Xəbər lenti