Kanadada virusa yoluxma sayı 72 mini keçdi

Kanadada virusa yoluxma sayı 72 mini keçdi
  14 May 2020    Oxunub:2641
Kanadada koronavirusa yoluxanların sayı yenidən artıb.
Azvision.az xəbər verir ki, COVID-19-a yoluxanların sayı 72 278 nəfərə çatıb. Koronavirus infeksiyasının yaratdığı xəstəlikdən 5 304 pasiyent dünyasını dəyişib.

COVID-19-a ən çox yoluxma Kvebek (39 931 nəfər ) və Ontario (21 236 nəfər) əyalətlərində qeydə alınıb. Yeni yoluxma hallarının müəyyən edilməsi üçün 1 172 872 test keçirilib.

Azvision.az



Teqlər: Kanada   Koronavirus  





Xəbər lenti