Meksikada 83 nəfər saxta içkidən ölüb

Meksikada 83 nəfər saxta içkidən ölüb
  14 May 2020    Oxunub:2880
Meksikanın dörd ştatında iki həftə ərzində azı 83 nəfər müxtəlif saxta içki qəbulundan ölüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Puebla ştatında 20 nəfərin ölümünə səbəb olan 200 litr saxta içki müsadirə olunub.

Morelos ştatının rəsmi açıqlamasında saxta içkidən 9 nəfərin öldüyü bəyan edilsə də, yerli mətbuat bu rəqəmin 29 nəfər olduğunu yazıb. Ölkənin qərb hissəsində yerləşən Halisko ştatında müxtəlif günlərdə saxta alkoqollu içkidən 27 nəfər ölüb. Təkcə 9 may tarixində 6 nəfər içkidən zəhərlənərək həyatını itirib.

Yukatan ştatında da vəziyyət ürəkaçan deyil. Burada son üç gün ərzində ağır zəhərlənmə və görmə qabiliyyətinin itirilməsi diaqnozu ilə xəstəxanada yeddi nəfər ölüb.

Qeyd olunub ki, hazırda saxta içkilərlə bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Meksika  





Xəbər lenti