Koronavirusdan ölənlərin sayı 300 minə yaxınlaşır

Koronavirusdan ölənlərin sayı 300 minə yaxınlaşır
  14 May 2020    Oxunub:3991
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 430 min 140 nəfərə çatıb.

Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 298 min 180 nəfərdir. İndiyədək 1 milyon 659 min 873 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, COVİD-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 212-dən çox ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti