Əfqanıstanda daha bir partlayış: Ölən və yaralılar var

Əfqanıstanda daha bir partlayış:  Ölən və yaralılar var
  14 May 2020    Oxunub:3763
Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində baş vermiş partlayışda 5 mülki şəxs həlak olub, 14 mülki, 5-i hərbçi olmaqla 19 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında Gardez şəhərində hərbi məhkəmənin yaxınlığında baş verib. Minalanmış avtomobil hərbi obyektin yanında partladılıb.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   partlayış  





Xəbər lenti