Ukraynada koronavirus qurbanlarının sayı artdı

Ukraynada koronavirus qurbanlarının sayı artdı
  14 May 2020    Oxunub:3440
Ukraynada son sutka ərzində 422 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 16 min 847 nəfərə çatıb. Onlardan 1172-si uşaq, 3278 nəfəri tibb işçisidir.

Koronavirus qurbanlarının sayı 17 nəfər artaraq 456-ya yüksəlib. Bu günədək 4143 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti