Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı
  14 May 2020    Oxunub:2930
Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında qərar qəbul edilib.

Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayının günbəgün artması belə bir qərarın verilməsinə səbəb olub.

Qeyd edək ki, Ermənistanda virusa yoluxanların sayı 3860 nəfərə çatıb. Onlardan 1572-si sağalıb, 49 xəstə həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Virus   Ermənistan  





Xəbər lenti