Ermənistanın səhiyyə naziri özünü təcrid edib

Ermənistanın səhiyyə naziri özünü təcrid edib
  14 May 2020    Oxunub:3804
Ermənistanın səhiyyə naziri Arsen Torosyan koronavirusa görə özünü təcrid edib.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Alina Nikoqosyan deyib.

"Nazir təcrid vəziyyətindədir. Nazirlikdə koronavirusa yoluxma halı aşkarlanıb. Arsen Torosyan həmin şəxslərlə təmasda olub",- deyə Nikoqosyan bildirib.

O, həmçinin qeyd edib ki, Torosyan koronavirus testindən keçib, nəticələr hələ bəlli deyil.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   nazir  





Xəbər lenti