ABŞ-da bir gündə 1763 nəfər COVİD-19-dan öldü

 ABŞ-da bir gündə 1763 nəfər COVİD-19-dan öldü
  14 May 2020    Oxunub:3329
ABŞ-da koronavirusa 21 min 30 yeni yoluxma faktı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins universiteti məlumat yayıb.

Bildirilib ki, bununla da ABŞ-da infeksiyaya yoluxanların ümumi sayı 1 milyon 39 minə çatıb. Koronavirus qurbanlarının sayı isə 1763 artaraq 84 min 136 olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   virus  





Xəbər lenti