Növbəti koronavirus Amazon meşələrindən başlaya bilər

Növbəti koronavirus Amazon meşələrindən başlaya bilər
  14 May 2020    Oxunub:5418
Növbəti koronavirus pandemiyası Latın Amerikasında Amazon meşələrindən başlaya bilər.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Brazilyadan olan ekoloq alim Devid Lapola deyib.

Onun sözlərinə görə, insanların tropik meşələrin ekosisteminə, heyvanların yaşayış yerlərinə müdaxiləsi, meşələrin məhv edilməsi nəticəsində koronavirusun yeni növü yarana bilər.

Alimin fikrincə, bu yerlərin urbanizasiyası heyvanlardan insanlara keçən xəstəliklərin yaranmasına səbəb ola bilər.

“Amazon meşələrində çoxlu sayda viruslar var. Şansınızı sınamasınız daha yaxşıdır", - deyə alim qeyd edib.

Azvision.az


Teqlər: Koronavirus   Amazon  





Xəbər lenti