Çinin atdığı raket Nyu-Yorkun yaxınlığına düşdü

Çinin atdığı raket Nyu-Yorkun yaxınlığına düşdü
  14 May 2020    Oxunub:5097
Çinin kosmosa göndərdiyi raket ABŞ-ın Nyu-York şəhərindən 13 dəqiqəlik uzaqlığa düşüb.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, mayın 5-də kosmosa göndərilən “Uzun Yürüş 5B” adlı raket Atlantik okeanına düşüb.

ABŞ rəsmiləri bildiriblər ki, raket Nyu-Yorka düşsəydi, böyük fəlakət baş verəcəkdi. Onların fikrincə, belə bir qəzanı kompensasiya etmək mümkün olmazdı.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti