Lavrov və Mnatsakanyan Qarabağı müzakirə etdi

Lavrov və Mnatsakanyan Qarabağı müzakirə etdi
  14 May 2020    Oxunub:3220
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə yanaşı, ikitərəfli münasibətlər, MDB, Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində qarşılıqlı əlaqələrə dair müzakirələr aparıblar.

Azvision.az


Teqlər: Rusiya   Ermənistan   Qarabağ  





Xəbər lenti