Mərkəzi Bank 200 milyon manat cəlb edir

  14 May 2020    Oxunub : 3631
Mərkəzi Bank 200 milyon manat cəlb edir
Mayın 18-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən Azvision.az -a bildirilib ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-7,24 faiz təşkil edir.

Azvision.az

Teqlər: MərkəziBank