Özbəkistanda COVİD-19-a yoluxma sayı 2652 oldu

Özbəkistanda COVİD-19-a yoluxma sayı 2652 oldu
  15 May 2020    Oxunub:2866
Özbəkistanda son sutkada koronavirusa yoluxanların sayı 7 nəfər artaraq 2652-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yeni yoluxma hallarının üçü Tacikistandan gələn vətəndaşlarda, dördü isə karantin müəssisələrində nəzarət altında olanlarda aşkar edilib.

Hazırda COVİD-19-a yoluxan 505 xəstə müalicə alır, onlardan səkkizinin vəziyyəti ağırdır. İndiyədək 11 xəstə vəfat edib, 2136 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Koronavirus  





Xəbər lenti