Türkiyədə daha bir bələdiyyə sədri həbs olundu

Türkiyədə daha bir bələdiyyə sədri həbs olundu
  15 May 2020    Oxunub:2784
Türkiyənin Iğdır bələdiyyəsinin HDP-li sədri Yaşar Akkuş saxlanılıb.
Azvision.az xəbər verir ki, bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə ittiham olunur.

Polis Y.Akkuşun evində və iş yerində axtarış aparıb. O, saxlanılaraq istintaq orqanına təhvil verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Siirt bələdiyyəsinin sədri Berivan Helen İşıq, Baykan bələdiyyəsinin sədri Ramazan Sarsılmaz və Kurtalan bələdiyyəsinin sədri Baran Akgül həbs olunublar. Hər üç bələdiyyə sədrinə terror təşkilatları ilə əlaqədə olma ittihamı ilə cinayət işi açılıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Bələdiyyə   Həbs  





Xəbər lenti