“Zelenskiyə kömək edirəm, başqa ambisiyam yoxdur” - Saakaşvili

 “Zelenskiyə kömək edirəm, başqa ambisiyam yoxdur” -  Saakaşvili
  15 May 2020    Oxunub:3671
Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili ölkədə dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı yeni qanun layihəsi təklif etmək niyyətində olduğunu bildirib.
Azvision.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

"Milli İslahatlar Şurasına dövlət-özəl tərəfdaşlıq haqqında yeni qanun təklif etmək istəyirəm. Burada əsas funksiyalar özəl qurumlara, çox təşəbbüskar və istedadlı ukraynalılara aid olmalıdır. Biz kiçik və orta sahibkarlıqla əməkdaşlığı inkişaf etdirməliyik. Dövlət yalnız müəyyən funksiyaları yerinə yetirə bilər, digər funksiyaları isə ölkənin rifahını və iş yerlərini yaradan insanlarla birlikdə etmək olar”, - deyə Saakaşvili vurğulayıb.

O, yalnız Prezident Vladimir Zelenskiyə islahatların həyata keçirilməsində kömək etmək niyyətində olduğunu və başqa ambisiyalarının olmadığını vurğulayıb.

Saakaşvili əlavə edib ki, biznesdə dövlət nəzarətinin azaldılması ilə məşğul olacaq və gömrükdə vəziyyətin yaxşılaşdırılması üçün təkliflər hazırlanır.

Xatırladaq ki, Zelenski mayın 7-də Saakaşvilinin yeni vəzifəyə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. O, yaxın aylarda Saakaşvilidən müsbət nəticələr gözlədiyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Saakaşvili   Zelenski  





Xəbər lenti