Ukraynada 483 yeni yoluxma qeydə alındı

Ukraynada 483 yeni yoluxma qeydə alındı
  15 May 2020    Oxunub:2916
Ukraynada son 24 saatda koronavirusa 483 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib. Onun sözlərinə görə, aşkar edilmiş ümumi yoluxma hallarının sayı 13 330-dur.

"Son bir gündə 483 yoluxma qeydə alınıb. Ümumilikdə, pandemiya zamanı 17 330 nəfər xəstələnib, onlardan 1220 nəfəri uşaq, 3420 nəfəri isə tibb işçisidir", - deyə nazir vurğulayıb.

O əlavə edib ki, sutka ərzində 48 uşaq və 142 tibb işçisi virusa yoluxub, 20 nəfər vəfat edib. İndiyədək 4473 xəstə sağalıb, virus qurbanlarının sayı isə 476 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti