Kolleclərə qəbul üçün 17 minə yaxın abituriyent ərizə verib

  15 May 2020    Oxunub : 2047
Kolleclərə qəbul üçün 17 minə yaxın abituriyent ərizə verib
Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan sənəd qəbulu davam edir.
Azvision.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 13:30-a olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 16 min 969 abituriyent elektron ərizəsini təsdiqlədib.

Xatırladaq ki, ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidir.

Azvision.az

Teqlər: