İranda koronavirusdan ölәnlәrin sayı 7 minә çatır

  15 May 2020    Oxunub : 1995
İranda koronavirusdan ölәnlәrin sayı 7 minә çatır
İranda son sutka әrzindә koronavirusdan daha 48 nәfәr ölüb, bununla pandemiya qurbanlarının sayı 6902-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ötәn 24 saatda 2102 nәfәr infeksiyaya yoluxub. Aşkar edilmiş ümumi yoluxma hallarının sayı 116 635-ə yüksәlib. İndiyə kimi 91 836 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Koronavirus