Gürcüstanda fövqəladə vəziyyət rejimi uzadılmayacaq

  15 May 2020    Oxunub : 3123
Gürcüstanda fövqəladə vəziyyət rejimi uzadılmayacaq
Gürcüstan hakimiyyəti martın 21-dən etibarən ölkədə qüvvədə olan fövqəladə vəziyyət rejimini uzatmamaq qərarına gəlib.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxaria bildirib.

O deyib ki, ölkədəki epidemioloji vəziyyəti araşdırdıqdan sonra fövqəladə rejimi uzatmaq üçün prezident və parlamentə müraciət etməmək qərarına gəliblər.

Baş Nazirin sözlərinə görə, bu, məhdudiyyətlərin tamamilə aradan qaldırılması demək deyil.

Xatırladaq ki, Gürcüstanda ilk dəfə fevralın 26-da koronavirusa yoluxma aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: