Belarusda 958 yeni yoluxma qeydə alındı

  15 May 2020    Oxunub : 2661
Belarusda 958 yeni yoluxma qeydə alındı
Belarusda son sutkada koronavirusa 958 yeni yoluxma halı qeydə alınıb, bununla da aşkar edilmiş yoluxmaların sayı 27 730-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda beş xəstə olmaqla, ümumilikdə virusdan 156 nəfər ölüb. Ölkə üzrə indiyədək 321 min 705 test aparılıb. COVID-19 diaqnozu təsdiqlənmiş 8807 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Belarus   Koronavirus