Türkiyədə koronavirusdan daha 48 nəfər öldü

Türkiyədə koronavirusdan daha 48 nəfər öldü
  16 May 2020    Oxunub:3266
Türkiyədə son sutka ərzində 48 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1708 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4055, yoluxanlar isə 146 min 457 nəfərə çatıb.

Türkiyədə indiyədək 106 min 133 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti