Milli Şuranın geynəyən yeri: “Geygeyt” davam edir

   Milli Şuranın geynəyən yeri:    “Geygeyt” davam edir
  16 May 2020    Oxunub:26005
...Və məlum oldu ki, Milli Şura bir “gey” ilə toqquşanda dağılacaq qədər yırtıq-yamaqlı imiş. Bir-iki gün əvvəl həmin şəxsin haqqında ikrahla dodaq büzür, “Sözümüz olsa, ərinə deyərik”, “Kişi q***si” kimi ifadələr işlədirdilər. Amma ikicə gün sonra bəlli oldu ki, həmin kinayə etdikləri gey bütün MŞ-dan güclü imiş!
İsmayıl Cəlilovla mübarizənin birinci mərhələsi onunla bitdi ki, təşkilatın qurucularından və əsas simalarından biri olan Eldəniz Quliyev Milli Şuradan ayrıldı. Bu, qurum yaranandan bəri onun şərəfsiz tarixindəki ən biabırçı parçalanmadır və yəqin ki, MŞ-ın tarixində “geygeyt” kimi qalacaq.

İkrahla “üzdəniraq” adlandırdığı bir nəfərlə toqquşmaya dözə bilməyən Milli Şura nə qədər səbatsız, süni, sintetik təşkilat olduğunu ortaya qoydu. Bu cür dayanıqsız birliyin özünü “müxalifətin əsas təşkilatı” kimi qələmə verməsi sadəcə, gülünc görünür. İstər-istəməz sual yaranır ki, yaxşı, nifrətlə “gey”, “üzdəniraq” adlandırdığı birilə toqquşmadan sağ çıxa bilməyən qurum hakimiyyətlə mübarizəyə hansı təminatla girişir?

Belə məlum oldu ki, Milli Şuranın gəmisinin batması üçün heç nə yox, Amerikada yaşayan bir bloggerə “gey” demək kifayət imiş. Dəhşətli aqibətdir. Təsəvvür edin, illər sonra siyasi ekspertlər bu hadisələri təhlil edəndə nə yazacaqlar: “...Və onları tənqid edən bir blogerin gey olduğunu qabartmaq Milli Şuranın parçalanması ilə nəticələndi”. Hər kəsə aydın oldu ki, MŞ-ın gey oyunlarına dözəcək gücdə beşinci istinad nöqtəsi yox imiş. Dörüncü, üçüncü, ikinci və birinci istinad nöqtələri haqda isə heç danışmağa da dəyməz!

İki gün əvvəl Eldəniz Quliyev özünün ssenarist məharətini işə salıb, İsmayıl Cəlilovun haqqında yazırdı: “...İstəsə lap bədəninin başından dəfələrlə böyük olan digər girdə hissəsiylə, yəni kürəyindən aşağı endikcə adını, formasını və daşıdığı funksiyasını dəyişdiyi yeriylə fəxr də edə bilər, hətta həmin o əzası ilə ləçərlik edər, özünə karyera qura bilər...” Bəlli oldu ki, kinayə əsassız imiş – Cəlilovun həmin o “girdə hissəsi” bütövlükdə Milli Şuradan daha möhkəm çıxdı.

Nə baş verdi? Əli Kərimli və Cəmil Həsənli gördülər ki, yaman yerdə axşamlayıblar: Açıq-aşkar homofob mövqe göstərən bir qurumun iclasında deyilən fikirləri Qərbdə heç kimə heç cür izah etmək mümkün deyil. Hələ “üzdəniraq” sözünün ingilis dilinə tərcüməsinin çətinliyini demirik! Avropanın və ya Amerikanın istənilən rəsmi qurumunda, yaxud QHT-sində həmin ifadələrdən birinin səslənməsi bəsdir ki, Milli Şuranın da, onun mərkəzində duran AXCP-nin də nəinki qrantları, ümumiyyətlə, aldığı hər növ dəstək kəsilsin. Özü də Milli Şuranın sədrinin Amerikada lövbər saldığı bir vaxtda! Cəmil Həsənli hətta böyük həvəslə uzatdığı bığlarını qırxsa belə, bu hadisədən sonra Sem Dayı ən yaxşı halda onun üzünə baxmaz, ən pis halda arxasından möhkəm bir təpik vurardı. Buna görə də, AXCP çox düşünmədən ortaq şəkildə yedikləri nəsnənin qalıqlarından təmizlənmək üçün əllərini yumağı qərara alıb, ağzını yaxalayaraq, tələb etdi ki, Milli Şuranın iclasında dediyi homofob fikirlərə görə Rafiq Manaflı üzr istəməlidir.

Amma həmin videoiclasda iştirak edən Eldənzi Quliyev AXCP-dən fərqli olaraq, tüpürdüklərini yalamaq istəmədi və bəyan etdi: “...Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə taleyüklü məsələləri görməzdən gələk?! Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli saydıram”.

Quliyevin öz profilində paylaşdığı bəyanatındakı bu cümlə daha çox maraq doğurur: “ ...Belə çıxdı ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqrasmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, Milli Şura rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir!.. Əks halda, Cəmil Həsənli Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqallı bir üzdənirağın hucumlarından çəkinib də, bəzi beynəlxalq təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq etməzdi... Mən yatıb heç yuxuda da görə bilməzdim ki, xalqın, o cümlədən demokratik düşərgənin illər boyu inandığı, ümid bəslədiyi, bel bağladığı, etimad göstərdiyi siyasi lider və ya liderlər homoseksuallara bunca sevgi nümayiş etdirərlər. Səd heyif!..”

Bax, bu, “Geygeyt”in bu ana qədərki kuliminasiya nöqtəsidir. Milli Şuranın parçalanması zamanı eşidilən səslər bizə deyir ki, onun rəhbəri “Amerikada oturub fərmayiş yerinə yetirir!” Fərmanı verən isə samballı biri yox, “Hansısa 28-ci dərəcəli ABŞ konqresmeninin kuryeri işləyən birisi”dir. Siyasi ucuzluğun “Nə alsan, 1 manata” səviyyəsi. Bəli, nəsə parçalananda həmişə onun içində gizli qalan nəsnələr çölə tökülür. Bu qayda kanalizasiya borusuna da, siyasi təşkilata da eyni dərəcədə aiddir. Cəmil Həsənli-Əli Kərimli cütlüyü bir tərəfdən palçıqdan çıxmağa çalışırdılarsa, o biri tərəfdən daha pis batdılar.

İndiki vəziyyətdə ən doğru yol Milli Şuranın özünü buraxması olardı. Çünki əvvəla, sözün məcazi mənasında bu qurum zatən özünü buraxıb, qalır bunu sözün hərfi mənasına keçirib, rəsmiəşdirmək. İkincisi, Milli Şuranın ictimailəşən videotoplantısı o qədər biabırçı mənzərə idi ki, bundan sonra heç bir halda onların ciddi qəbul edilməsi mümkün deyil. Üçüncüsü, homoseksualizm mövzusunda Qərb tərəfə əyilmələrini ənənəvi olaraq müttəfiqlik etməyə çalışdıqları radikal islamçılar onlara bağışlamayacaqlar. Dördüncüsü, yəqin ki, Eldıniz Quliyevin istefası da sonuncu qopma deyil – hər şeydən belə görünür ki, bu xəmir hələ çox su aparacaq.

Ona görə də, Milli Şura əgər indi özünü buraxsa, heç olmasa böyük biabırçılıqla tarixin arxivinə gömülə bilər. Əks təqdirdə isə çox böyük biabırçılıqla müşayiət olunan sonluq da istisna deyil. Bir “gey” ilə toqquşmadan salamat çıxmağa hünəri çatmayan qurum süni nəfəs aparatına qoşulmuş ağır xəstəni xatırladır. “Geygeyt” isə hələ bitməyib axı...

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Milli-Şura   Geygeyt  





Xəbər lenti