Çində son sutkada 21 yoluxma qeydə alındı
Qeyd edilib ki, 8 aktiv yoluxmadan 2-si yerli, 6-sı isə idxal olunub. Sutka ərzində 10 xəstə sağalıb, ölən olmayıb. Ümumilikdə, Çində epidemiya zamanı 1698 idxal olunan COVID-19 halı qeydə alınıb, onlardan 1652 nəfər sağalıb, 46 xəstə hazırda xəstəxanadadır.
"Ölkənin 31 əyaləti üzrə ümumilikdə 82 941 təsdiq edilmiş yeni koronavirusa yoluxma qeydə alınıb. Hazırda 89 xəstə var, onlardan 10 nəfərin vəziyyəti ağırdır. 78 219 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Ölənlərin sayı isə 4633 nəfər təşkil edir”, - deyə komitənin məlumatında bildirilib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Çin