Rusiyada koronavirusa yoluxma sayı 270 mini keçdi

Rusiyada koronavirusa yoluxma sayı 270 mini keçdi
  16 May 2020    Oxunub:4407
Rusiyada son sutka ərzində 9200 nəfər koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla da ölkədə virusa yoluxma sayı 272 min 43 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı isə 119 nəfər artaraq 2537 olub. İndiyədək 63 min 166 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti