İspaniyada 50 mindən çox tibb işçisi virusa yoluxub

İspaniyada 50 mindən çox tibb işçisi virusa yoluxub
  16 May 2020    Oxunub:4122
İspaniyada son sutka ərzində 106 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı 27 563-ə, yoluxma sayı isə 539 nəfər artaraq 230 698-ə çatıb. Virusa yoluxanlardan 50 723 nəfəri tibb işçisidir. İndiyədək 146 446 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti