Belarusda son sutkada 951 yoluxma aşkarlandı

Belarusda son sutkada 951 yoluxma aşkarlandı
  16 May 2020    Oxunub:3884
Belarusda son sutka ərzində 951 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da COVİD-19 infeksiyasına yoluxanların sayı 28 681-ə çatıb. Pandemiya qurbanlarının sayı isə 4 nəfər artaraq 160-a yüksəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   virus  





Xəbər lenti