İranda idman yarışları bərpa olunur
Ruhani qeyd edib ki, iyunun 6-dan etibarən universitetlərin fəaliyyəti bərpa ediləcək. İdman yarışları isə tibbi qaydalara uyğun olaraq izləyicisiz keçiriləcək.
Qeyd edək ki, İranda koronavirusa yoluxanların ümumi sayı 118 392 nəfərdir. Son sutka ərzində pandemiya qurbanlarının sayı 35 nəfər artaraq 6937-yə çatıb. İndiyədək 93 147 xəstə sağalıb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: İran