Soyqırım törədən biznesmen 25 ildən sonra həbs olundu

Soyqırım törədən biznesmen 25 ildən sonra həbs olundu
  16 May 2020    Oxunub:3933
Ruandada soyqırım törətməkdə ittiham olunan biznesmen Felisen Kabuqa 25 illik axtarışdan sonra Fransada həbs olunub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Kabuqa 1997-ci ildə BMT-nin Ruanda üzrə Beynəlxalq Məhkəməsi tərəfindən 7 maddə üzrə cinayətdə ittiham olunub.

O, Tutsi etnik qrupuna qarşı 1994-cü il soyqırımında əsas rol oynayan şəxslərdən və dünyada ən çox axtarılan cinayətkarlardan biridir. Kabuqanın hazırda 84 yaşı var və həbsinə qədər Paris ətrafında yaşayıb.

Kabuqa 2011-ci ildə “İnterpol” tərəfindən axtarılan dünyanın ən təhlükəli 10 cinayətkarı siyahısında olub. ABŞ hakimiyyəti Kabuqanın tutulması üçün 5 milyon dollar mükafat təyin etmişdi.

Qeyd edək ki, 1994-cü ilin aprel ayından iyuladək davam edən Ruanda soyqırımı zamanı təxminən 500.000 və 1.000.000 arası insan həlak olub. Ölənlərin 70 faizi tutsilərdir. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ruanda  





Xəbər lenti