XİN rəhbərindən İrana tələb: Akademiki azad edin!

  16 May 2020    Oxunub : 3490
XİN rəhbərindən İrana tələb: Akademiki azad edin!
Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian tədqiqatçı akademik Fariba Adelhahın 5 il həbs cəzasına məhkum edilməsi qərarını qınayıb.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Mən vətəndaşımız Fariba Adelhaha İranda 5 il həbs cəzası verilməsini qəti şəkildə pisləyirəm. Bu hökm ciddi bir faktora, müəyyən edilmiş həqiqətə əsaslanmır və buna görə də siyasi xarakter daşıyır. Fransa səlahiyyətliləri İran hökumətindən həmyerlimizin yanına konsulluq icazəsi əldə etmək üçün tam səfərbər edilib. İran hakimiyyətini Adelhahı dərhal sərbəst buraxmağa çağırırıq", - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, İran məhkəməsi tədqiqatçı Fariba Adelhahı beş il həbs cəzasına məhkum edib. Adelhah milli təhlükəsizliyə qəsddə və islam respublikasına qarşı təbliğatda ittiham olunub. O, 2019-cu ilin iyulunda həbs edilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Fransa   İran