Fransada COVID-19-dan ölənlərin sayı 28 minə çatır

  16 May 2020    Oxunub : 4001
Fransada COVID-19-dan ölənlərin sayı 28 minə çatır
Fransada son sutka ərzində 96 nəfər koronavirusdan həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 27 min 625 nəfərə çatıb.

17 min 412 nəfər xəstəxanalarda, 10 min 213 nəfər isə qocalar evi və sosial müəssisələrdə vəfat edib. Hazırda 19 432 nəfər xəstəxanalarda müalicə alır. İndiyədək 61 min 66 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Fransa   Koronavirus   Pandemiya