Almaniyada 583 yeni yoluxma qeydə alındı

  17 May 2020    Oxunub : 2757
Almaniyada 583 yeni yoluxma qeydə alındı
Almaniyada son sutka ərzində koronavirusa 583 yeni yoluxma halı qeydə alınıb, daha 33 xəstə vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Robert Kox institutu məlumat yayıb.

Pandemiya başlayandan bəri Almaniyada 174 355 nəfər koronavirusa yoluxub, 7914 nəfər ölüb, 153 mindən çox xəstə sağalıb.

İnfeksiya ən çox Bavariya (45427), Şimali Reyn-Vestfaliya (36286) və Baden-Vürttemberq (33950) bölgələrində yayılıb. Berlində indiyədək 6447 yoluxma halı aşkarlanıb.

Pərvanə Sulltanova
Azvision.az

Teqlər: Almaniya   Koronavirus